Modern.az

Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR

Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR

Ölkə

Bu gün, 10:39

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının yeni tərkibində Ramiz Mehdiyevin yerinə iki nəfər seçilib.

YAP-ın Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramiz Mehdiyevin əvvəlki tərkibdə tutduğu yer boşalandan sonra siyahıya Allahverdi Şəmistan oğlu Hacıyev və Heydər Museyib oğlu Hüseynovun adları daxil edilib.

Həm Allahverdi Hacıyev, həm də Heydər Hüseynov YAP-ın qurulmasında yaxından iştirak etmiş "91-lər"dəndir.

Qeyd edək ki, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.
Nəhayət 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı.

Xatırladaq ki, dünən - oktyabrın 16-da YAP İdarə Heyətinin iclasında Veteranlar Şurasının yeni tərkibi təsdiqlənib. Şuranın sədri Arif Rəhimzadə, sədr müavinləri isə Sədaqət Qəhrəmanova və Əli Həsənov olub.

YAP Veteranlar Şurasının yeni tərkibi:

  1. Rəhimzadə Arif Qafar oğlu – sədr
  2. Qəhrəmanova Sədaqət Məmmədyar qızı – sədr müavini
  3. Həsənov Əli Şamil oğlu – sədr müavini
  4. Abasova Adilə Ziyat qızı
  5. Abutalıbov Hacıbala İbrahim oğlu
  6. Cahangirov Asif Baxış oğlu
  7. Cəbiyev Rizvan İsrafil oğlu                
  8. Ələkbərov Urxan Kazım oğlu
  9. Əliyev Cəmil Əziz oğlu
  10. Əlizadə Akif Ağamehdi oğlu
  11. Əmiraslanov Əhliman Tapdıq oğlu
  12. Əsgərov Şahlar Qaçay oğlu
  13. Əzizov İbrahim Vahab oğlu
  14. Fərəcov Ədalət Nurulla oğlu
  15. Hacıyev Allahverdi Şəmistan oğlu
  16. Hüseynov Heydər Museyib oğlu
  17. Hüseynov Vaqif Aslan oğlu               
  18. Hüseynova Fidumə Məmmədəli qızı
  19. Xəlilov Zahid Abdulla oğlu
  20. İmamverdiyev Sudeyf Bəşir oğlu
  21. İsmayılov Nazim Mehdi oğlu
  22. Qaraşov Arif Xanoğlan oğlu
  23. Qasımzadə Elbay Ənvər oğlu
  24. Qoca Xeyrəddin Sayəddin oğlu
  25. Quliyev Tahir Məhərrəm oğlu
  26. Quliyeva Zərifə Rzaqulu qızı
  27. Mahmudov Yaqub Mikayıl oğlu        
  28. Məmmədhəsənov Rafiq Musa oğlu
  29. Məmmədov Elman Camal oğlu
  30. Məmmədov Tahir Tais oğlu
  31. Mərdanov Misir Cumayıl oğlu
  32. Nəsirov Məmməd Yahya oğlu
  33. Novruzov Vahid Tapdıq oğlu
  34. Rzayev Tahir Musa oğlu
  35. Seyidzadə Dilarə Bağır qızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı