Modern.az

Baş nazir müavinlərinin sayı 4-ə çatdı - ADLAR

Baş nazir müavinlərinin sayı 4-ə çatdı - ADLAR

Ölkə

Bu gün, 11:48

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla səhiyyə naziri vəzifəsindən azad edilən Teymur Musayev Baş nazirinin müavini təyin olunub.

Modern.az-ın məlumatına görə, bu sərəncamdan sonra Baş nazirin müavinlərinin sayı 4-ə çatıb.

Belə ki, indiyə kimi Baş nazir Əli Əsədovun 3 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Şahin Mustafayev və Samir Şərifov.

Baş nazirin birinci müavini Yaqub Eyyubov 13 fevral 2003-cü ildən hazırkı vəzifəsində çalışır. Daha əvvəl o, Baş nazirin müavini idi. Belə ki, 10.07.1999-13.02.2003-cü ilədək  Baş nazirin müavini olub.

Baş nazirin müavini Şahin Mustafayev 22 oktyabr 2019-cu ildən indiki vəzifəsində işləyir. O, 2016-cı ilin yanvarın 15-dən 2019-cu il oktyabrın 22-dək iqtisadiyyat naziri olub.


Baş nazirin digər müavini Samir Şərifov 10 yanvar 2025-ci ildə bu vəzifəyə gətirilib. O, 2006-cı ilin aprelin 18-dən 2025-ci ilin yanvarın 10-dək maliyyə naziri işləyib.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?