Modern.az

Hesablama Palatasının auditorluğuna namizədin adı açıqlandı

Hesablama Palatasının auditorluğuna namizədin adı açıqlandı

Ölkə

Bu gün, 13:13

Hafiz Mahir oğlu İsmayılbəylinin Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy məsələsi Milli Məclisdə müzakirə olunacaq.

Modern.az xəbər verir ki, məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah — oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 Hafiz İsmayılbəylinin namizədliyinə dair rəy gündəliyin birinci məsələsidir.

Qeyd edək ki, H.İsmayılbəyli 1992-ci il yanvarın 22-də Şərur rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetində iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2014-cü ildə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində mühasib kimi başlayıb. Sonrakı illərdə həmin idarədə mütəxəssis, aparıcı mütəxəssis və rəis vəzifələrində çalışıb. 2016–2018-ci illərdə Naxçıvan Dövlət Texniki Kollecində bank işi ixtisası üzrə pedaqoji fəaliyyət göstərib.

2018–2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin rəisi olub.

Milli Məclisin 2019-cu il 22 oktyabr tarixli qərarı ilə Hesablama Palatasının auditoru təyin edilib. Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?