Modern.az

İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb

İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb

Ölkə

Bu gün, 11:22

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Modern.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Oktyabr ayının 18-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı