Modern.az

Elektron ticarət iştirakçılarının qeydiyyatı məcburi olacaq

Elektron ticarət iştirakçılarının qeydiyyatı məcburi olacaq

Ölkə

Bu gün, 11:42

Qeyri-rezident elektron ticarət iştirakçılarının məcburi qeydiyyata alınması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Çingiz Musayev Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində “Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, əvvəllər könüllü olan qeydiyyat prosesi yeni tənzimləmə ilə məcburi xarakter daşıyacaq.

Çingiz Musayev hazırda qeydiyyatda olan 23 qeyri-rezident elektron ticarət iştirakçısının mövcudluğunu qeyd edib. O bildirib ki, dəyişiklik bu iştirakçıların həm xidmətlərin göstərilməsi, həm də malların satışı üzrə fəaliyyətini əhatə etməyə imkan verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı