Modern.az

Yeni prokuror Misir Mərdanovun kürəkənidir

Yeni prokuror Misir Mərdanovun kürəkənidir

Ölkə

Bu gün, 14:34

Bakıda iki rayonun prokuroru dəyişdirilib. Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad edilərək Binəqədi rayon prokuroru vəzifəsinə təyin olunub.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Pərviz İbayev Nizami rayonundan Binəqədiyə, bu rayonun prokuroru Fuad Məmmədov isə Nizamiyə aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
 
Binəqədi rayonunun yeni prokuroru vəzifəsinə təyin edilən Pərviz İbayev 2017-ci ilin dekabrından indiyədək Nizami rayonunun prokuroru idi.

O, həmin vaxtadək Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, tanınmış hakim Mansur İbayevin oğludur.

Modern.az-ın əldə etdiyi məlumata görə, Pərviz İbayev sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir.

Misir Mərdanovla mərhum Mənsur İbayev arasında qudalıq əlaqəsinun olduğu 2013-cü ildən mətbuatda qeyd edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində