Modern.az

Sabah iki rayonda qaz olmayacaq

Sabah iki rayonda qaz olmayacaq

Ölkə

Bu gün, 20:44

Azərbaycanın iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 21-də saat 10:00-dan etibarən Daşkəsən və Ağstafa rayonlarının bəzi ərazilərinə qazın verilişi işlər başa çatanadək dayandırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində