Modern.az

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Ölkə

Bu gün, 21:25

Sabah Abşeron rayonunda - Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Modern.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, məhdudlaşdırma təmir işləri ilə bağlıdır.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində