Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin şəhadətə yüksəlməsindən altı il ötür.
Modern.az xəbər verir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqadasının komandiri olan Anar Əliyev 2020-ci il oktyabrın 21-də Xocavənd rayonunun Tuğ kəndi uğrunda döyüşlərdə şəhid olub.
General-mayor Teymur Eyyubov “Anar Əliyevin döyüş yolundan danışarkən onun peşəkarlığını, cəsarətini və tabeliyində olan hərbçilərə qayğısını xüsusi vurğulayıb. Generalın sözlərinə görə, Anar Əliyev yaralandıqdan sonra təxminən üç saat bölməsini tərk etməyib və qanaxmadan şəhid olub. iqtidar.az
Teymur Eyyubovun xatirəsinə görə, Anar Əliyev Vətən müharibəsinə yollanacağını böyük sevinclə qarşılayıb. O, torpaqların azadlığı uğrunda canından keçməyə hazır olduğunu bildirib, ailəsinin doğma Kəlbəcərdə yaşayacağına inamını ifadə edib.
General 2018-ci ildə Günnüt əməliyyatında da Anar Əliyevin rəhbərlik etdiyi taborun mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, əməliyyat zamanı əsas istiqamətlərdən biri məhz həmin tabora həvalə olunub.
Şəhidin qızı Nigar Əliyeva isə atasını bu sözlərlə xatırlayıb: “Onun adı hər zaman mənim yoluma işıqdır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Anar Əliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Şəhid zabit Bakıda İkinci Şəhidlər xiyabanında dəfn olunub.