Modern.az

Bu il bələdiyyələrdə 2565 hektar torpaq qanunsuz verilib

Bu il bələdiyyələrdə 2565 hektar torpaq qanunsuz verilib

Ölkə

Bu gün, 12:01

Bu ilin ilk doqquz ayında bələdiyyələrdə 2565 hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı müvafiq işlər aparılıb.

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov “Regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda bildirib.

Baş idarə rəisinin sözlərinə görə, nazirlik bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə yanaşı, aşkar olunan pozuntuların səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görür.

Elmin Həsənov vurğulayıb ki, bələdiyyə torpaqlarından qanunsuz istifadə regionların inkişafına birbaşa təsir edən məsələlərdəndir. O, torpaqların qanunvericiliyin tələblərinə uyğun və əhalinin maraqları nəzərə alınmaqla idarə edilməsinin vacibliyini qeyd edib.

Sizə yeni x var
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı