Modern.az

Builki bal yarmarkası təxirə salınıb? - Nazirlik aydınlıq gətirdi

Builki bal yarmarkası təxirə salınıb? - Nazirlik aydınlıq gətirdi

Ölkə

Bu gün, 08:30

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC və "Azərbaycan Arıçılar Assosiasiyası" İB-nin birgə təşkilatçılığı ilə Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasına qeydiyyat bir ay öncə yekunlaşıb. Ancaq yarmarkanın nə zaman keçiriləcəyi bəlli deyil. Arıçılar arasında gəzən söz-söhbətlərə görə, adətən oktyabrda keçirilən yarmarka bu il hansısa səbəbdən təxirə salınıb.

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yarmarkanın konkret tarixi hələ də müəyyən edilməyib.
Amma dəqiq vaxt bəlli olmasa da, bildirilib ki, yarmarka baş tutacaq. Yarmarkanın keçirilmə tarixi isə noyabr ayı üçün nəzərdə tutulub.

Xatırladaq ki, yarmarkaya qeydiyyat Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində aaprılıb. Yarmarkada iştirak hüququ qazanmış arıçılara SMS vasitəsilə məlumat verilib.
Yarmarkada iştirak edən arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi eyni zamanda digər zəruri xidmətlərlə təmin olunacaqlar.

Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd şan satışa çıxara bilər. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan saxaroza nümunələri götürülərək laboratoriya şəraitində yoxlanılacaq. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.

Sizə yeni x var
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!