Modern.az

Qısa boylu olmağın əsas səbəbi qohum evliliyidir - həkim

Qısa boylu olmağın əsas səbəbi qohum evliliyidir - həkim

Ölkə

22 Oktyabr 2026, 07:00

Uşaqların boy inkişafı irsi xüsusiyyətlər, qidalanma və sağlamlıq vəziyyəti kimi bir neçə amildən asılıdır. Qısaboyluluğu yalnız bir səbəblə əlaqələndirmək düzgün deyil.

Modern.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla uşaqların inkişafından danışarkən qohum nikahlarının yaratdığı genetik risklərə diqqət çəkib.

Professor bildirib ki, gələcək nəsillərin sağlamlığının qorunması üçün ailə qurarkən irsi xəstəlik riskləri nəzərə alınmalıdır. O, reproduktiv sağlamlıqla bağlı yanaşmalarda bu məsələlərə də diqqət yetirilməsini vacib sayıb.

Qeyd edək ki, ABŞ Milli Tibb Kitabxanasının “MedlinePlus” resursuna görə, insanın boyu əsasən çoxsaylı genetik variantların birgə təsiri ilə formalaşır. Qidalanma və digər mühit amilləri də boy inkişafına təsir göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı isə qohum nikahlarının bəzi nadir irsi xəstəliklərin və anadangəlmə pozuntuların riskini artırdığını bildirir. Bu, qohum nikahından doğulan bütün uşaqların qısaboylu olacağı anlamına gəlmir.

Sizə yeni x var
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!