"Türkiyə-Azərbaycan münasibətləri gündəlik siyasətə alət edilməməlidir. Bu münasibətlər köklü, qədim və ondan qat-qat daha dərin tarixi bağlara malikdir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, bu əlaqələr iki dövlət arasındakı münasibətlərdən çox-çox kənara çıxır".
Modern.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Şamil Ayrım Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevi, onun ailəsini və müstəqil,Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram:
"Tənqid başqadır, həddi aşan və təhqiramiz ifadələr işlətmək isə tamam başqa məsələdir. Ali Məclisimizin kürsüsü qardaşlığımızı gücləndirən fikirlərə və sözlərə meydan olmalıdır. AK Partiyanın, hökumətimizin və Cümhur İttifaqının mövqeyi konkretdir. Prezidentimizin müəyyən etdiyi çərçivədən kənara çıxılmamalıdır. Türkiyə güclüdür, can Azərbaycan güclüdür. Bir millət, iki dövlət — birlikdə daha güclüyük".