Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.
Modern.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Baksol yolunun, Binəqədi şosesinin, 1-ci, 2-ci və 3-cü Mədən ərazisinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.