Modern.az

“Aqrar sahə haqqında” qanun layihəsi təsdiq olundu

“Aqrar sahə haqqında” qanun layihəsi təsdiq olundu

Ölkə

Bu gün, 13:19

Azərbaycanda aqrar sahənin dövlət tənzimlənməsi, fermerlərə dəstək, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər yeni qanunla tənzimlənəcək.

Modern.az xəbər verir ki, bununla bağlı “Aqrar sahə haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi aqrar sahədə dövlət tənzimləməsinin və dövlət dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir.

Sənəddə aqrar məhsul istehsalçılarının subsidiyalar, güzəştli kreditlər, qrantlar, vergi və gömrük güzəştləri, aqrar sığorta və digər vasitələrlə dəstəklənməsi nəzərdə tutulur. Dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı aqrar məhsul istehsalçılarının reytinq sisteminin də nəzərə alınması təklif edilir.

Layihəyə əsasən, aqrar sahədə dövlətin əsas vəzifələrinə ərzaq təhlükəsizliyinin təmin edilməsi, məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılması, aqrar məhsulların daxili və xarici bazarlara çıxışının dəstəklənməsi, habelə kənd yerlərinin dayanıqlı inkişafının təmin olunması daxildir.

Sənəddə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi, torpaqların münbitliyinin qorunması, müasir suvarma sistemlərinin tətbiqi və su ehtiyatlarından səmərəli istifadə ilə bağlı müddəalar da yer alıb.

Bundan başqa, aqrar sahənin rəqəmsallaşdırılması, elmi tədqiqatların və innovasiyaların dəstəklənməsi, aqroparkların və aqroklasterlərin inkişafı, bitki və heyvan sağlamlığının qorunması, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri qanun layihəsində əksini tapıb.

Layihədə aqrar məhsulların müqavilə əsasında istehsalının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının saxlanması, daşınması və satış infrastrukturunun inkişafı, həmçinin aqroturizmin təşviqi istiqamətləri də müəyyənləşdirilir.                                                                                                                                                    

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!