Modern.az

Yeni icra başçısı kollektivə təqdim olundu

Yeni icra başçısı kollektivə təqdim olundu

Ölkə

Bu gün, 11:53

Prezidentin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Fərmayıl oğlu Məmmədov oktyabrın 23-də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Modern.az  xəbər verir ki, yeni başçını kollektivə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O.Məmmədov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!