Modern.az

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb 

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb 

Ölkə

Bu gün, 14:49

əlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsində, magistral yolun kənarında yerləşən ərazidə müşahidə olunur.

Hazırda hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Zəvvar ovçuluq təsərrüfatı Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında yerləşir. Ərazinin böyük hissəsi payız və qış mövsümlərində yağıntılar nəticəsində su altında qalır. Bu isə yanğınsöndürənlərin ərazidə hərəkətini və yanğına müdaxiləni xeyli çətinləşdirir.

Yanğının başvermə səbəbi və əhatə etdiyi ərazi barədə hələlik məlumat yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Dəhşətli hücum hazırlığı başladı - İran vurulacaq?