Modern.az

Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı 

Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı 

Ölkə

Bu gün, 18:15

Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) açıqlama verib.

Bildirilib ki, BŞİH tərəfindən məsələ ilə bağlı operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də ərazidə monitorinqlər aparılacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq addımlar atılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?