Modern.az

Azərbaycan səfiri etimadnaməsini Krala təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini Krala təqdim etdi

Ölkə

Bu gün, 02:20

Azərbaycanın Brüsseldəki səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika Kralı Filipə təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə səfir özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

Səfir bildirib ki, kralla görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub:

"Etimadnaməmi Belçika Kralı Əlahəzrət Filipə təqdim etmək şərəfinə nail oldum. Müzakirələrimiz Azərbaycan-Belçika münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional proseslər ətrafında cəmləşdi".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?