Modern.az

Cinayət qanunvericiliyi dəyişdirilir: rüşvət verən də həbs olunacaq...

Cinayət qanunvericiliyi dəyişdirilir: rüşvət verən də həbs olunacaq...

Ölkə

15 Dekabr 2010, 13:44

Beynəlxalq təşkilatlar Azərbaycandan həm rüşvət alanın, həm də rüşvət verənin həbsini tələb edir


Korrupsiyaya Qarşı Mübarizə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin üzvü, Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov 5-8 dekbar da Parisdə keçirilmiş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 9-cu Monitorinq İclasında iştirak edib. Sahib Məmmədov toplantıda müzakirə olunmuş məsələlər, qəbul olunmuş qərarlar barədə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına qoşulub və bu istiqamətdə ən öndə gedən ölkələrdəndir. “Ölkəmiz artıq ikinci raund üzrə hesabatını təqdim edib. İkinci raund üzrə hesabat bu il 29 mart-2 apreldə Parisdə keçirilən konfransda təqdim olundu. Mən də orada vətəndaş cəmiyyətinin təmsilçisi kimi iştirak edirdim. Bundan sonra artıq 3-cü dövrə başlayır. OCED ikinci raund üzrə tövsiyyələr vermişdi. Həmin tövsiyyələrin yerinə yetirilməsi ilə bağlı hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirilmişdi”-deyə o bildirib.

S.Məmmədov antikornet.az-a qeyd edib ki, iştirak etdiyi iclasda bu tövsiyyələrin yerinə yetirilməsi üzrə inkişaf barədə hesabatın tiqdimat; olub. “Bir sıra ölkələrin raund üzrə hesabatı təqdim olunurdu, Azərbaycan isə tövsiyyələr üzrə hesabat verirdi. Bu tövsiyyələr korrupsiyanın kriminallaşdırılması üzrə fəaliyyətlərlə bağlıydı. Korrupsiyanın cinayət təqibinin həyata keçirilməsi ilə bağlı Azərbaycana tövsiyyələr verilib ki, Cinayət Məcəlləsinə, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əlavə və dəyişikliklər etsin. Bu istiqamətdə Azərbaycan öz qısa hesabatını təqdim etdi”.

Onun sözlərinə görə, Azərbaycanın növbəti hesabat və müzakirələr dövrü 2012-ci ilin aprel ayına düşür.
Sahib Məmmədov deyib ki, öhdəliklərin yerinə yetirilməsi, Azərbaycan hökumətinin verdiyi hesabatlar, sənədlər çərçivəsində yaxşı idi.
“Azərbaycan hökuməti çoxdandır bəyan edir ki, Cinayət Məcəlləsinə, digər qanunlara əlavə və dəyişikliklər hazırlanır. Amma bu əlavə və dəyişikliklərlə bağlı ictimaiyyətin xəbəri yoxdur. Nəinki ictimaiyyətin, maraqlı tərəf olan QHT-lərin də xəbəri yoxdur. Korrupsiyaya qarşı mübarizə bizim Şəbəkənin də missiyası olmağına baxmayaraq, heç bizim də xəbərimiz yoxdur. Biz istərdik ki, bu dəyişikliklər layihə səviyyəsinə gəlib çıxana qədər ictimai müzakirələr keçirilsin, biz öz təkliflərimizi deyək”.
Ekspert qeyd edib ki, Azərbaycan hökuməti yaxın zamanlarda bu dəyişikliklərin layihə halına salinacağını vəd edib.
“Əsas məsələ budur, sənədlər, hesbatlar müstəvisində hər şey yaxşıdır, amma praktiki səviyyədə bir qədər problemlər var”.

Onun sözlərinə görə, bu toplantıda hökuməti Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nümayəndələri təmsil edibdilər. “Onlarla söhbətimiz oldu, öz fikirlərimi bildirdim. Bilirsiniz istər Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə müzakirələr aparılmasında heç bir problem yoxdur. Biz öz hesabatlarımızda da qeyd edirik ki, bu qurumlarla kommunikasiya qurulmasında, təkliflərin verilməsində heç bir problem yoxdur. Bu qurumlar QHT-lərlə müzakirəyə açıqdırlar. Problem praktikada olan qusurlarla bağlıdır”.
Korrupsiyanın kriminallaşdrılması ilə bağlı beynəlxalq təşkilatların tövsiyyələri barədə məlumat verən S. Məmmədov deyib ki, beynəlxalq təşkilatlar qanunvericilikdə bəzi müddəların dəyişdirilməsini təklif edirlər.
“Bu rüşvətxorluğun cinayət təqibi ilə bağlıdır. Bilirsiniz ki, bizim qanunvericliyə görə rüşvət verən şəxs bu barədə vaxtında məlumat verirsə, o məsuliyyətdən azad edilir. Beynəlxalq təşkilatlar isə təklif edirlər ki, bu müddəa çıxarılsın. Həm rüşvət alan, həm də rüşvət verən istənilən halda məsuliyyətə cəlb olunsunlar. Məsələn, Gürcüstandakı kimi”.
Bunun əleyhinə olduğunu deyən S.Məmmədovun fikrincə, bizdə elə zorən rüşvət formaları var ki, vətəndaş onu verməyə məcburdur.
“Digər tövsiyyələr cinayət məsuliyyətinin genişləndirilməsini nəzərdə tutur. Yenə qeyd edirəm, çox təəsüf ki, bizim bu dəyişikliklər barədə ətraflı məlumatımız yoxdur”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV