Modern.az

Maksimum bal toplayan Samir: “Bilirdim ki, səhvim yoxdur”

Maksimum bal toplayan Samir: “Bilirdim ki, səhvim yoxdur”

Təhsil

Bu gün, 20:30

15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub.

Modern.az xəbər verir ki, onlardan biri də Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Tağızadə Samir Hikmət oğludur.

O bildirib ki, nəticəni yeni öyrənib və hələ də böyük həyəcan içindədir:

“Bu xəbəri elə indicə öyrəndim. Sevincim o qədər böyükdür ki, sözlə ifadə etmək çətindir. İlk olaraq bu sevinci anamla bölüşdüm, bir azdan atama da xəbər verəcəyəm".

Samir yüksək nəticə əldə edəcəyini gözlədiyini də gizlətməyib:

“İmtahandan sonra səhvim olmadığını düşünürdüm. Əgər texniki bir səhv etməmişəmsə, 300 bal toplaya biləcəyimə inanırdım”.

Gələcək planlarından danışan şagird qeyd edib ki, IV ixtisas qrupu üzrə hazırlaşır və məqsədi Azərbaycan Tibb Universitetinə qəbul olmaqdır:

“Hədəfim Tibb Universitetinə qəbul olub həkim olmaqdır. Blok imtahanında da yüksək nəticə göstərmək və gələcəkdə rezidentura təhsilimi xaricdə davam etdirmək istəyirəm.

Suallar əvvəlki illərlə müqayisədə fərqli idi. Amma ən böyük çətinlik vaxtı düzgün idarə etmək oldu. Hətta bəzi riyaziyyat suallarını son dəqiqələrdə cavablandırmalı oldum. Düşünürəm ki, bir çox şagird də məhz bu səbəbdən çətinlik yaşadı".

Maksimum nəticə əldə etmək istəyən abituriyentlərə isə belə tövsiyə verib:

“Ən vacibi insanın özünə inanmasıdır. İnamı itirmədən çox çalışmaq lazımdır.Nəticəmi gördüyüm an unudulmaz hisslər içərisində idim. İlk başda cavabların açıqlanmasına inanmadım. Sonra baxdım və 300 bal topladığımı gördüm. Bu, həqiqətən möhtəşəm bir hissdir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!