Modern.az

Maksimum nəticə göstərən şagird uğurunun sirrini AÇDI

Maksimum nəticə göstərən şagird uğurunun sirrini AÇDI

Təhsil

23 Aprel 2026, 22:58

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 9 nəfər 300 bal toplayıb. 

Modern.az xəbər verir ki, onlardan biri də Nəslihan Məmmədlidir. 

O bildirib ki, 9 və 15 mart tarixində keçrilən imtahanların çətinlik səviyyəsi demək olar ki, eyni idi:

"Ümumilikdə imtahan mənim üçün normal keçdi, yəni yaxşı keçdi. Əlbəttə ki, həyəcan var idi, bir az həyəcanlanmışdım. Təxminən 295 bal gözləyirdim. Mən birinci ixtisas qrupu Riyaziyyat-Kimya ixtisası üzrə hazırlaşıram. Bakı Ali Neft Məktəbində təhsil almağı planlaşdırıram. 

Fənlərə gəldikdə isə, texniki istiqamət üzrə hazırlaşdığım üçün riyaziyyat mənim üçün rahat idi. Azərbaycan dili fənnində isə müəyyən çətinliklərim oldu, amma çalışaraq bunun öhdəsindən gəlməyi bacardım. 

295 bal gözləməyimin əsas səbəbi açıq suallarla bağlı idi. Çünki açıq sualların qiymətləndirilməsi meyar əsasında olsa da, bəzən cavabla meyar arasında fərq yarana bilir. Ona görə də açıq suallardan tam əmin deyildim".

15 mart imtahanında iştirak edənlər əvvəlki, yəni 9 mart imtahanının sualları ilə tanış olduqları üçün daha hazırlıqlı idilər:

"İmtahandan sonra ilk təəssüratlarımı ailəmlə bölüşdüm. Daha sonra müəllimlərimlə də danışdım. Onlar da məndən yüksək nəticə gözləyirdilər. Hazırlıq prosesində isə həm repetitor dəstəyi almışam, həm də özüm müntəzəm şəkildə çalışmışam. 

Mən 10-cu sinifdən,bəri riyaziyyat üzrə hazırlaşıram, çünki bu fənn mənim ixtisas istiqamətimə daha yaxındır. İngilis dili və Azərbaycan dili üzrə isə əvvəlcə 9-cu sinifdən hazırlaşmışam, 10-cu sinifdə bir müddət ara vermişəm, 11-ci sinifdə isə yenidən davam etmişəm.

Fikrimcə 9 və 15 mart tarixində keçrilən imtahanların çətinlik səviyyəsi demək olar ki, eyni idi. Azərbaycan dili fənnində mətnlərin uzunluğu və sual tipləri oxşar idi. Riyaziyyatda da eyni mövzulara və oxşar tip suallara toxunulmuşdu, həm asan, həm də çətin suallar var idi.

Sadəcə olaraq, 15 mart imtahanında iştirak edənlər əvvəlki, yəni 9 mart imtahanının sualları ilə tanış olduqları üçün daha hazırlıqlı idilər. 9 mart imtahanına girənlər isə ilk təcrübə olduğu üçün nisbətən daha az hazır ola bilmişdilər. Məncə fərqin əsas səbəbi də budur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!