Modern.az

Bağça müəllimləri də sertifikasiya olunacaqlar - İmtahan vaxtı açıqlandı

Bağça müəllimləri də sertifikasiya olunacaqlar - İmtahan vaxtı açıqlandı

Təhsil

Bu gün, 13:30

Bu il məktəbəqədər tərbiyə müəssisələrinin metodist və müəllimləri də (bağça müəllimləri) ilk dəfə sertifikasiya imtahanından keçiriləcək.

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə bildirib.

“Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək”, - Eşqi Bağırov deyib.

O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır.

E.Bağırovun sözlərinə görə, məktəbəqədər təhsilin əhatəliliyi hazırda 40 faizdir. 

“Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması bizim üçün əsas hədəfdir. Ənənəvi modellərin bu istiqamətdə yetərli nəticə vermədiyini nəzərə alaraq, alternativ yanaşmaların tətbiqi imkanlarını araşdırırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!