Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan "Round University Ranking" (RUR) dünya universitetlərinin növbəti reytinq siyahısını yayımlayıb.
Modern.az-ın məlumatına görə, Bakı Dövlət Universiteti (BDU) sözügedən siyahıda 189 pillə irəliləyib. Qlobal reytinqdə 636-cı yerdə qərarlaşan BDU ölkə universitetləri arasında liderlik mövqeyini qoruyub.
Ümumilikdə builki siyahıya Azərbaycandan 17 ali təhsil müəssisəsi daxil olub. Ölkə universitetlərinin sıralaması aşağıdakı kimidir:
Bakı Dövlət Universiteti (BDU) — 636
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) — 795
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) — 898
Azərbaycan Universiteti (AU) — 944
Azərbaycan Dillər Universiteti (ADU) — 964
Qərbi Kaspi Universiteti — 968
Bakı Ali Neft Məktəbi (BANM) — 1049
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) — 1095
Naxçıvan Dövlət Universiteti (NDU) — 1135
Azərbaycan Texniki Universiteti (AzTU) — 1183
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) — 1189
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) — 1202
Bakı Mühəndislik Universiteti (BMU) — 1221
Gəncə Dövlət Universiteti (GDU) — 1249
Sumqayıt Dövlət Universiteti (SDU) — 1252
Azərbaycan Texnologiya Universiteti (ATU) — 1257
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) — 1295
Qlobal reytinq cədvəlinin ilk beşliyində isə ABŞ-nin aparıcı təhsil ocaqları qərarlaşıb. Sıra ilə birinci yer Harvard Universiteti, daha sonra Kaliforniya Texnologiya İnstitutu (Caltech), Stanford Universiteti, Cons Hopkins Universiteti və Pensilvaniya Universiteti gəlir.
Töhfə Səməd