Tələbələrin yerdəyişməsi üzrə elektron sənəd qəbulu 19 iyul saat 18:00-da yekunlaşıb.
Modern.az xəbər verir ki, növbəti 30 gün ərzində təhsil müəssisələri yerdəyişmə ilə bağlı yekun qərarı tələbələrin elektron kabinetinə göndərəcək. Tələbələrə elektron kabinetlərini mütəmadi olaraq yoxlamaları tövsiyə olunur.
Tələbələr təhsil müəssisəsinin yekun qərarını 3 gün ərzində təsdiq etməli və ya qərardan imtina etməlidirlər.
Bu müddət ərzində təsdiqlənməyən və ya imtina edilməyən müraciətlər avtomatik olaraq qüvvədən düşmüş hesab olunur.