Modern.az

Azərbaycanda şagirdlərin 30 faizi məktəbdə bullinqlə üzləşir

Azərbaycanda şagirdlərin 30 faizi məktəbdə bullinqlə üzləşir

Təhsil

Bu gün, 12:27

Azərbaycanda 15 yaşlı şagirdlərin yalnız 30 faizi məktəbdə bullinq və zorakılıq hallarına məruz qalır. 

Modern.az xəbər verir ki, bu nəticə OECD-nin PISA 2025 tədqiqatında əksini tapıb.

OECD ölkələrində bullinqlə üzləşməyən şagirdlərin orta payı 53 faizdir. Beləliklə, Azərbaycanın göstəricisi OECD ortalamasından 17 faiz bəndi yüksəkdir.

Azərbaycanlı şagirdlərin məktəbə aidlik hissi də OECD ortalamasından yüksək qiymətləndirilib. Təbiət elmləri dərslərində nizam-intizam mühiti üzrə Azərbaycanın göstəricisi 0,45, OECD üzrə isə 0,14 olub.

Şagirdlərin 65 faizi məktəbdə öyrənmənin əhəmiyyətli olduğuna inanır. OECD ölkələrində bu göstərici orta hesabla 51 faizdir.

Bununla yanaşı, azərbaycanlı şagirdlərin 59 faizi təhsil vasitəsilə sosial mövqeyini yüksəldə biləcəyinə inanır. OECD ölkələrində müvafiq göstərici 66 faizdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla sərhədə qoşun yığılır - ŞOK HAZIRLIQ BAŞLADI