Modern.az

Ölkəmizdə qızlar oğlanları riyaziyyatda qabaqladı

Ölkəmizdə qızlar oğlanları riyaziyyatda qabaqladı

Təhsil

Bu gün, 12:40

Azərbaycanda riyazi savadlılıq üzrə qızlar ilk dəfə oğlanları qabaqlayıb.

Modern.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı qız və oğlan şagirdlərin nəticələri arasındakı fərqlərə diqqət çəkib.

"PISA 2025 nəticələrində təbiət elmləri üzrə Azərbaycanda qız şagirdlər oğlanları qabaqlayır. Oxu savadlılığında da qızların nəticələri oğlanlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Oxu savadlılığında qızlar orta hesabla 38 bal üstünlük göstərirlər. Dünyada da təxminən belə bir fərq mövcuddur. Riyazi savadlılıq üzrə isə Azərbaycan üçün fərqli mənzərə müşahidə olunur. Belə ki, ilk dəfə qız şagirdlər oğlanları bu istiqamətdə də qabaqlayıblar. Riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir. Əvvəllər əsasən 4 bal civarında fərq olurdu. Amma indi biz fərqli nəticə görürük"-, deyə nazir bildirib.

Emin Əmrullayev vurğulayıb ki, bu nəticə xüsusilə diqqətçəkəndir:

"Çünki beynəlxalq nəticələrdə adətən riyazi savadlılıq üzrə oğlanların üstünlüyü müşahidə olunur.  Dünyada oğlanların nəticələri bəzi hallarda qızlardan təxminən 10 bal yüksək olduğu halda, Azərbaycanda əks mənzərə yaranıb. Bu vəziyyətin səbəblərinin araşdırılması vacibdir və məsələyə yalnız təhsil sistemi çərçivəsində deyil, valideynlərin və cəmiyyətin də məsuliyyəti baxımından yanaşılmalıdır. Əsas sual, həqiqətən də, oğlanların tərbiyəsi və təhsili ilə bağlıdır. Bu sual valideynlərə də yönəlməlidir. Nə baş verir ki, 15 yaşlı yeniyetmə oğlanların gələcək göstəricilərində belə bir mənzərə yaranır?".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla sərhədə qoşun yığılır - ŞOK HAZIRLIQ BAŞLADI