Modern.az

Qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq

Qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq

Təhsil

Bu gün, 13:07

Buraxılış və blok imtahanlarında oxu bacarıqlarına daha çox yer verilməsi yeni-yeni tətbiq olunmağa başlayıb.

Modern.az xəbər verir ki, bunu PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, məhz bu prosesdən sonra nəticələrin yaxşılaşdığını görürük: "Biz dərsliklərimizdə dil qaydalarının üzərində işləyirik. Təhsil sistemimizi imtahan yönümlü deyil, imtahan məzmunlu hesab edirik.

Bizim heç bir pedaqoji müəssisəmizdə oxu ayrıca fənn kimi tədris olunmur. Biz bunu ayrıca sahə kimi qəbul etmirik. Azərbaycan şairlərinin şeirlərini oxumaq oxu savadlılığı deyil, bu, ayrıca bir istiqamətdir.

Dərsliyə hər hansı yeniliyi daxil edəndə cəmiyyət bunu bəzən özünə qarşı təhqir kimi qəbul edir. Çünki hazırkı uşaqlar oxu dərsliyi ilə tanış olmayıblar.

O sonda qeyd edib ki, bizim Azərbaycan dili ilə bağlı problemimiz yoxdur. Dil bilikləri ilə oxu savadlılığı bir-birindən fərqli sahələrdir və bunları qarışdırmamaq lazımdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla sərhədə qoşun yığılır - ŞOK HAZIRLIQ BAŞLADI