Modern.az

Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA

Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA

Təhsil

Bu gün, 15:22

Tamştatlı müəllim modelində fərdi hazırlıq, valideynlərlə görüş və dərsə hazırlıq kimi fəaliyyətlərin əməkhaqqında necə nəzərə alınacağı aydınlaşdırılmalıdır.

Modern.az xəbər verir ki, bunu təhsil tədqiqatçısı Elmin Nuru “AzEdu podkast”da deyib.

Onun fikrincə, müəllimin məktəbdəki fəaliyyəti yalnız dərs keçməklə məhdudlaşmayacaqsa, əməkhaqqının hesablanması mexanizmi də bu işləri nəzərə almalıdır.

“Əməkhaqqı yenə yalnız dərs saatına görə hesablanacaqsa, müəllimin əlavə fəaliyyətlərə motivasiyası olacaqmı?” – o bildirib.

Tədqiqatçı yeni model üzrə çalışan müəllimlərin iş təcrübələrini paylaşmasının da faydalı olacağını qeyd edib. Onun sözlərinə görə, bu, modelin gündəlik fəaliyyətdə necə tətbiq olunduğunu anlamağa imkan verər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğanın partiyasında təmizləmə əməliyyatı - Saxlanılanlar var