Modern.az

Təhsilə ayrılacaq 5 milyarddan çox vəsait hara xərclənəcək? - CƏDVƏL

Təhsilə ayrılacaq 5 milyarddan çox vəsait hara xərclənəcək? - CƏDVƏL

Təhsil

Bu gün, 10:11

Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsində təhsil sahəsinə 5 milyard 98 milyon 986 min 361 manat vəsait xərclənməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisə təqdim edilən Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsində qeyd edilib.

Layihədə təhsilə ayrılan vəsaitin hansı istiqamətlərə yönəldiləcəyi də açıqlanıb.

Belə ki, gələn il təhsil xərclərinin ən böyük hissəsi ümumi təhsil istiqamətinə xərclənəcək - 2 185 406 764 manat.

Məktəbəqədər təhsilə 434 773 917 manat, peşə təhsilinə 115 405 379 manat, orta ixtisas təhsilinə 102 106 990 manat, ali təhsilə 240 553 245 manat xərclənəcək.

Aşağıdakıl cədvəldə təhsil sahəsinə ayrılacaq vəsaitin xərclənəcəyi istiqamətlər göstərilib.



Xatırladaq ki, Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenskidən şok sözlər - Göz yaşlarını saxlaya bilmədi