Modern.az

Piton ilanı insanı uddu – FOTO

Piton ilanı insanı uddu – FOTO

29 Mart 2017, 12:22

İndoneziyanın Sulevasi əyalətində itən adam, iki gün əvvəl bir pitonun qarnından çıxarılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, palma yağı biçini üçün iki gün əvvəl evindən çıxan və geri dönməyən 25 yaşındakı Əkbər Salubironun cəsədi 7 metrlik bir pitonun qarnında tapılıb. Kəndlilər, palma bağçasında tutduqları pitonu qarnının böyük olmasından şübhələnərək öldürüblər.

Qarnı yarılan pitonun mədəsindən Salubironun cəsədi çıxıb. Bir kəndlinin mobil telefonu ilə çəkdiyi görüntülərdə, ilanın qarnından çıxan cəsədin üzərində paltarları və ayaqqabılarının tapılması diqqət çəkib.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları