Modern.az

İdlibdə kimyəvi silahdan istifadə olunacaq - XƏBƏRDARLIQ

İdlibdə kimyəvi silahdan istifadə olunacaq - XƏBƏRDARLIQ

Dünya

10 Sentyabr 2018, 12:02

ABŞ Rusiya və İranın Suriyadakı hərbi obyektlərinə də zərbələr endirə bilər.

 

Modern.azThe Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu ssenari Suriya rejiminin İdlibdə xlor qazından istifadə edəcəyi təqdirdə nəzərdə tutulub.

 

Nəşrin mənbələrdən aldığı məlumata görə, Vaşinqton Suriya liderinin “istənilən hücum əməliyyatlarında xlor qazından istifadəyə razılıq verdiyi” barədə kəşfiyyat məlumatları alıb.

Alınan yeni məlumatlarda həmçinin Bəşər Əsədin “zarin” qazından da istifadəyə razılıq verdiyinin bəlli olmadığı da yer alıb.

 

“Pentaqon hərbi sahədə cavab tədbirlərini işləyir. Lakin Tramp hələ Rusiya və İrana aid hədəflərin də  vurulması və hansı cavab tədbirlərindən istifadə edəcəyini qərara almayıb” – məqalədə bildirilir.

Bundan əlavə, ABŞ-ın zərbələr endirmək üçün kimyəvi silah mövzusundan əsas kimi istifadə edəcəyi də dəqiq deyil.

 

Qeyd edək ki, İdlib Suriya müxalifətinin son ən nəhəng sığınacağıdır. Suriya lideri Bəşər Əsəd, Rusiya və İran bu hədəfin məhv edilməsini əsas prioritet hesab edirlər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?