Modern.az

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU

17 Oktyabr 2018, 14:44

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilini müxalifətçi iş adamı Badri Patarkatsişvilinin qətlini sifariş verməkdə ittiham edir.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hadisə icraçılarından birinin evində axtarış zamanı iş adamının qətlə yetirilməsinin müzakirə olunduğu barədə audiosəs yazısı tapılıb.

 

“Söhbət zamanı Q.D. (qətlin icraçısı) qətlin Saakaşvili tərəfindən sifariş edildiyini təsdiqləyib”-deyə rəsmi açıqlamada deyilir.

 

2008-ci ildə Londonda öldürülən Patarkatsişvilinin Saakaşviliyə ciddi rəqib və hökumətə qarşı düşmən obrazında göründüyü bildirilir. Səs yazısında iş adamının müxtəlif üsullarla – o cümlədən zəhərlənərək, aradan götürülməsi gözdən keçirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları