Modern.az

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   

18 Yanvar 2019, 23:07

Bolqarıstan xüsusi xidmət orqanlarının beynəlxalq terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində keçirilən əməliyyatda 43 nəfər saxlanılıb. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, əməliyyat tədbirləri paytaxt da daxil olmaqla yeddi şəhərdə aparılıb.

Təhqiqatçıların sözlərinə görə, ölkədə həyata keçirilməsi zamanı "havala" sistemindən istifadə olunan "iri pul köçürmələri" qeydə alınıb.

Məlumata görə, xüsusi xidmət orqanları təqribən 32 min avro pul, sənəd və digər dəlillər götürüblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları