Modern.az

Türkiyədən Suriyadakı terrorçulara ağır ZƏRBƏ

Türkiyədən Suriyadakı terrorçulara ağır ZƏRBƏ

Dünya

27 Sentyabr 2022, 19:22

Türkiyə ordusu Suriyanın şimalında yerləşən terrorçulara ağır zərbələr vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, zərbələr nəticəsində 13 terrorçu zərərsizləşdirilib. Terrorçuların Suriyanın şimalında Fərat qalxanı, Sülh bulağı və Zeytun budağı əməliyyat bölgələrində hücuma hazırlaşan zaman zərərsizləşdirildiyi qeyd olunub.

 

Nazirlik terrora və terrorçulara heç bir yerdə imkan verilməyəcəyini bəyan edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!