Modern.az

Avropaya qaçan rusların sayı kəskin ARTIB

Avropaya qaçan rusların sayı kəskin ARTIB

27 Sentyabr 2022, 20:42

Rusiya prezidenti Vladimir Putin səfərbərlik elan etdikdən sonra Avropa İttifaqına (Aİ) üz tutan rusların sayı xeyli artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının sərhəd agentliyi olan "Frontex" məlumat yayıb.

 

Bildirilib ki, son bir həftədə 66 minə yaxın Rusiya vətəndaşı Avropa ölkələrinə daxil olub, bu da əvvəlki həftə ilə müqayisədə 30%-dən çoxdur. 

 

Rusların əksəriyyəti Finlandiya və Estoniya vasitəsilə İttifaqın sərhədlərinə daxil olublar.

 

Agentlik onu da bildirib ki, Rusiya sərhədi bağlasa, qeyri-qanuni keçidlər arta bilər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir