Modern.az

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi 

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi 

Dünya

29 Sentyabr 2022, 18:58

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

 

O, altı nəfərin əsirlikdən qayıtdığını bildirib. Onlardan dördü dəniz piyadalarının hərbi qulluqçuları və ikisi mülki şəxsdir. Hərbçilər Mariupol döyüşlərində iştirak ediblər. 

 

Rusiyaya qaytarılan hərbçilərin sayı açıqlanmayıb. Yermak vurğulayıb ki, təkcə bu ay 235 nəfər geri qaytarılıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı