Modern.az

Ərdoğandan Yunanıstana başsağlığı 

Ərdoğandan Yunanıstana başsağlığı 

1 Mart 2023, 20:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

O, qatar qəzası ilə bağlı Yunanıstan Prezidenti Katerina Sakellaropoulou və Baş naziri Kiryakos Miçotakisə göndərdiyi məktubda hadisədən dərin kədər hissi keçirdiyini bildirib, qəzada həyatını itirənlərə görə başsağlığı verib, yaralananlara şəfa diləyib.

 

Qeyd edək ki, Yunanıstanın mərkəzində 36 nəfərin ölümü ilə nəticələnən qatar qəzası baş verib. Hadisə nəticəsində 85 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi