Modern.az

Lavrovun müavini İranla hərbi əməkdaşlıqdan DANIŞDI

Lavrovun müavini İranla hərbi əməkdaşlıqdan DANIŞDI

Dünya

2 Mart 2023, 17:32

Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini Sergey Ryabkov ölkəsinin İranla hərbi əməkdaşlığından danışıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, əlaqələrin spekulyasiya edildiyini deyib.

 

"Moskva və Tehran arasında hərbi sahədə əməkdaşlıq açıq şəkildə beynəlxalq hüquq normalarına uyğundur, lakin çoxları bu barədə spekulyasiya edir", - deyə Ryabkov söyləyib.

 

Qeyd edək ki, İranın qanunsuz şəkildə Rusiyanı Ukraynaya qarşı müharibədə silahlandırması barədə faktlar yayılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?