Modern.az

Rusiya, Çin və İran birgə təlimlər keçirdi

Rusiya, Çin və İran birgə təlimlər keçirdi

18 Mart 2023, 18:51

Rusiya, Çin və İranın Ərəbistan dənizində birgə keçirdiyi hərbi dəniz təlimləri başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Təlimlər martın 16-dan 17-dək keçirilib. Təlimlərdə "Zirkon" hipersəs raketlərini daşıyan "Admiral Qorşkov" freqatı iştirak edib.

 

İştirakçılar müxtəlif birləşmələrdə və döyüş əmrlərində birgə taktiki manevrlər həyata keçiriblər. Hərbçilər gündüz və gecə artilleriya atəşi təlimləri keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?