Modern.az

Akşenerdən İnceyə dəstək: Yan-yana gəlməliyik!

Akşenerdən İnceyə dəstək: Yan-yana gəlməliyik!

Dünya

19 Mart 2023, 09:38

Türkiyə müxalifətinin "Millət İttifaqı"nın üzvü olan İYİ Partiyanın sədri Meral Akşener siyasi müttəfiqi olan Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının sədri, prezidentliyə namizəd olacağını elan edən Muharrem İnceyə dəstək ifadə edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İnceni satqınlıqda və səsləri bölmək üçün namizəd olmaqda ittiham edənlərə cavab verib.

 

"Şəxsən Muharrem İncenin ittifaqımızda olmağını istəyirəm. Onu satqınlıqda suçlayanları, hakimiyyətə işləməkdə günahlandıranları sərt şəkildə qınayıram. Tam tərsinə etmək lazımdır. Yola gətirərək, sayğı duyularaq yan-yana gəlməyimiz təmin olunmalıdır", - deyə Akşener bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı