Modern.az

Rusiya Ukraynada daha 710 hərbçisini itirdi

Rusiya Ukraynada daha 710 hərbçisini itirdi

Dünya

19 Mart 2023, 10:20

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 710 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 164 910 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 21 tank, 23 zirehli döyüş maşını, 9 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı