Modern.az

Serbiya və Kosova ANLAŞDI

Serbiya və Kosova ANLAŞDI

19 Mart 2023, 11:44

Serbiya və Kosova münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç, Kosova baş naziri Albin Kurti və Avropa İttifaqı nümayəndələri bunun üçün Şimali Makedoniyada bir araya gələrək 12 saatlıq danışıqlar aparıblar.

 

Nəticədə bir sıra məsələlər üzrə razılıq əldə olunub. Anlaşma əldə olunan məsələlər arasında Kosovada serb icmasının bələdiyyəsinin yaradılması da var.

 

Görüşdə Aİ-ni xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Jozep Borrel təmsil edib. Həmçinin Şimali Makedoniya təmsilçisi də toplantıya qatılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir