Modern.az

Rusiya qarşıdurmaya can atmırdı - Putin

Rusiya qarşıdurmaya can atmırdı - Putin

Dünya

19 Mart 2023, 15:27

"2014-cü ildən bəri Rusiya iqtisadiyyatın gücləndirilməsi və idxalı əvəzləmənin inkişafı üçün çox işlər görüb. Rusiya Federasiyasının maliyyə sistemində, düşmənin gözləntilərinə baxmayaraq, heç nə çökməyib, hər şey işləyir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Rusiya Ukrayna ilə bağlı vəziyyətin sülh yolu ilə həll oluna biləcəyi ehtimalından çıxış etdi və qarşıdurmaya can atmadı. Saxta tərəfdaşlar isə Donbas məsələsini dinc yolla həll etmək niyyətində deyildilər", - deyə o söyləyib.

 

"2014-cü ildə Rusiyanın hipersəs silahları yox idi, lakin indi digər müasir sistemlər kimi o da var. Rusiya Federasiyası quru qoşunlarını inkişaf etdirmək üçün hələ çox iş görməlidir", - Rusiya prezidenti əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar