Modern.az

Makronun siyasi reytinqi kəskin düşüb - SORĞU

Makronun siyasi reytinqi kəskin düşüb - SORĞU

Dünya

19 Mart 2023, 18:45

Fransa prezidenti Emmanuel Makronun siyasi reytinqi kəskin şəkildə aşağı enib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Ifop" sosioloji sorğusunun nəticələrində qeyd olunub.

 

Bildirilib ki, hazırda Fransa prezidentinin reytinqi cəmi 28 faiz təşkil edir. Bu, Makronun siyasi fəaliyyətə başladığı vaxtdan bəri ən aşağı göstəricidir.

 

Məlumata görə, siyasətçinin reytinqinin bu qədər düşməsinin başlıca səbəbi etirazlar doğuran pensiya islahatının həyata keçirilməsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır