Modern.az

İnce bu gün ictimaiyyətə müraciət edəcək - Geri çəkilə bilər...

İnce bu gün ictimaiyyətə müraciət edəcək - Geri çəkilə bilər...

11 May 2023, 12:35

Türkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İnce bu gün ictimaiyyətə müraciət edəcək.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun müraciəti partiyasının qərargahında yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 15:00-da) baş tutacaq.

 

Bildirilib ki, İnce haqqındakı iddialar və namizədliyini geri çəkmək məsələsi haqqında danışacaq.

 

Qeyd edək ki, dünən İncenin yaxın günlərdə prezidentliyə namizədliyini geri götürəcəyi barədə məlumatlar yayılmışdı. Müxalifət tez-tez Muharrem İnceni səsləri böldüyü üçün tənqid edir və namizədliyini geri götürərək "Millət İttifaqı"nın vahid namizədi, əvvəllər üzvü olduğu CHP-nin sədri Kemal Kılıçdaroğlunu dəstəkləməyə çağırır.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Bu xəbər ilə bağlı
İnce dəstək üçün parlament sədrliyini istəyib - Hikmet Çetin
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi