Modern.az

İmran Xan qətldə ittiham edilir

İmran Xan qətldə ittiham edilir

8 İyun 2023, 16:52

Pakistan Ali Məhkəməsi ölkənin sabiq baş naziri, müxalif “Ədalət naminə hərəkat” partiyasının lideri İmran Xanı vəkil Əbdül Rəzzək Şarın qətlinin təşkilində ittiham edir.

 

Modern.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb. 

 

Məhkəmə ittiham üzrə özünü müdafiə etmək üçün İmran Xana iki həftə möhlət verib. “Ədalət naminə hərəkat” partiyası isə sabiq baş nazirin qətllə əlaqəsinin olmadığını, ittihamım siyasi sifariş olduğunu bəyan edib.

 

Qeyd edək ki, İslamabadın Apellyasiya Məhkəməsi İmran Xanın həbsinə verilən orderin qüvvəsini iyunun 8-dək dayandırıb. İmran Xan məhkəməyə gələrək azad olunması üçün girov ödəyib. Özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək onları siyasi sifariş adlandıran sabiq Baş nazir tərəfdarlarını dinc etiraz aksiyalarına səsləyib.

 

Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?