Modern.az

Gürcüstan ABŞ-la danışıqlarından imtina etdi

Gürcüstan ABŞ-la danışıqlarından imtina etdi

Dünya

2 May 2024, 21:00

Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan məlumat verib.

 

"Bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ-ın yardımı ilə bağlı istənilən məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etdi",- deyə səfir bildirib.

 

O, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib.

 

Səfir sözügedən dəvətin dəqiq nə vaxt edildiyini açıqlamayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi