Modern.az

Xilasedicilər Rəisinin qəzaya düşdüyü yerə yaxınlaşır

Xilasedicilər Rəisinin qəzaya düşdüyü yerə yaxınlaşır

Dünya

19 May 2024, 20:20

Xilasedicilər İran prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi yerə yaxınlaşırlar.

 

Modern.az xəbər verir ki, bu barədə TASNİM agentliyi məlumat yayıb.

 

Məlumata görə, qrup yarım saat ərzində helikopterə yaxınlaşacaq. Helikopterdə olanların vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.

 

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib ki, axtarış-xilasetmə üçün ordu, ordu korpusu və polis komandanlığının bütün vasitə, texnika və imkanlarından istifadə edilməlidir.

 

Qeyd edək ki, İran prezidentinin helikopteri Şərqi Azərbaycan vilayətinin Ərsbaran bölgəsinin Uzi kəndi yaxınlığında sərt eniş edib. Hava platformasında prezidentlə yanaşı, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Təbrizin imamı Ayətullah Məhəmməd Əli Əl-e-Haşem də olub.

 

Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.

 

Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə kəskin duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?