Modern.az

Kiyev Putinə sui-qəsdi anqlosakson liderlərlə planlaşdırıb - Zaxarova

Kiyev Putinə sui-qəsdi anqlosakson liderlərlə planlaşdırıb - Zaxarova

18 İyul 2024, 17:56

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun müzakirə etdiyi Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd, şübhəsiz ki, rəsmi Kiyevin anqlosakson liderlərin iştirakı ilə planlaşdırılıb.

Modern.az “Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

Bundan əvvəl Kirill Budanov Ukrayna xüsusi xidmət orqanlarının Putinə qarşı sui-qəsd cəhdinin uğursuz alındığını açıqlamışdı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Budanovun bəyanatını şərh edərkən qeyd edib ki, Rusiya prezidentinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri